2026-cı ilin sonuna qədər istehsal olunacaq bütün Lamborghini Revuelto-lar satıldı!


Lamborghini tərəfindən Aventador-un varisi olaraq təqdim edilən V12 mühərrikli hibrid avtomobil Revuelto müştərilərin böyük marağına səbəb olur. O qədər ki, 2026-cı ilin sonuna qədər yeni sifarişlər üçün növbə yaranıb. Lamborghini keçən il 10.000 ədəd satdı və bu satışların nə qədərinin Revuelto-ya aid olduğu bilinməsə də, modelin böyük populyarlıq qazandığı aydındır.

Revuelto-nun uğuru onun hibrid güc bloku və Lamborghini-nin bu sahədə ilk addımı ilə əlaqələndirilir. 6,5 litrlik V12 atmosferli mühərriki və üç elektromühərriki sayəsində cəmi 1015 at gücüvə 1062 Nm fırlanma anı hasil edən Revuelto 0-dan 100 km/saata 2,5 saniyəyə, 0-dan 200 km/saata isə 7 saniyədən az müddətdə sürətlənir. Şirkətin Urus və Huracan modelləri ilə Amerika, Almaniya və Çin kimi bazarlarda uğurunun Revuelto ilə daha da artması gözlənilir.

Revuelto-nun ilkin modeli ilə yanaşı, gələcəkdə daha aqressiv və güclü versiyaların da buraxılması planlaşdırılır. Bununla belə, Revuelto SVJ kimi modellərin təqdim olunması üçün daha bir neçə il gözləmək lazım gələ bilər. Lamborghini Revuelto-nun brendin gələcəyində mühüm rol oynayacağına ümid edir və keçən il son 12 Aventador təqdim etdi. Bu yeni modelin markanın nüfuzunu və satış uğurunu daha da artıracağı gözlənilir.


Xiaomi Porsche-nin Nürburqrinq rekordunu üstələdi!

McLaren-in sahibi yenidən dəyişdi

Yeni Corvette ZR1 375 km/saat sürətə çatdı!