Pagani-dən yeni Huayra versiyası gəlir!


Pagani əfsanəvi Huayra modelinin yeni versiyasını hazırlayır.

İtalyan superkar istehsalçısı tərəfindən 2011-ci ildə təqdim edilən və zamansız dizaynı ilə seçilən Huayra, illər ərzində bir çox xüsusi buraxılışları ilə avtomobil həvəskarlarını həyəcanlandırmağı bacarıb. İndi Pagani trekdə kamuflyajda sınaqdan keçirilən yeni modelin tizer şəkillərini yayımlayıb.

Bu yeni model Pagani-nin xüsusi layihələr komandası Grandi Complicazioni tərəfindən hazırlanır. Şəkillər bu avtomobilin roadster olduğunu göstərir və onun Imola-nın açıq damlı versiyası ola biləcəyini göstərir.

Pagani Imola 2019-cu ildə təqdim edildi və cəmi 5 ədəd istehsal edildi. Mercedes-AMG-nin istehsal etdiyi M158 6 litrlik V12 twin turbo mühərriki ilə 838 at gücü və 1100 Nm fırlanma anı hasil edən bu super avtomobil 1246 kq quru çəkiyə malikdir və bu gücü Xtrac istehsalı 7 pilləli transmissiya ilə arxa təkərlərə ötürür.

Yüksək sürətli sınaqların keçirildiyi “Autodromo Internazionale Enzo e Dino Ferrari” trekinin adını daşıyan Imola, təqdim edildiyi gün satıldı. Yeni açıq dam modeli haqqında ətraflı məlumat üçün Pagani-nin rəsmi təqdimatını gözləmək lazımdır. Bu yeni model Pagani-nin avtomobil dünyasında elektrikləşdirməyə doğru gedən son benzinlə işləyən şah əsərlərdən biri ola bilər.


Xiaomi Porsche-nin Nürburqrinq rekordunu üstələdi!

McLaren-in sahibi yenidən dəyişdi

Yeni Corvette ZR1 375 km/saat sürətə çatdı!