Mercedes Benz avtonom avtomobillərini digər sürücülər üçün firuzəyi işıqlarla işarələyərək avtomobillərin avtopilotda olduğunu göstərən ilk avtomobil istehsalçısı oldu.
Nevada və Kaliforniyada qanuni təsdiq alan bu xüsusiyyət Drive Pilot adlı üçüncü səviyyəli avtonom idarəetmə sistemi ilə istifadə ediləcək. Nəqliyyat vasitələrinin qabağına, arxasına və güzgülərinə yerləşdiriləcək firuzəyi işıqlar elektrikləşməni nəzərdə tutur və onları tıxacdakı digər işıqlardan fərqləndirir. Mercedes bu texnologiyanın diqqəti cəlb etmək və qlobal standarta çevrilməsini hədəfləyir. Hələ ölkəmizdə olmasa da, bu texnologiyaya malik avtomobillər yüksək səviyyədə avtonom idarəetmə qabiliyyətinə malikdir.