Xiaomi SU7 və SU7 Max rəsmi olaraq təqdim edildi


Xiaomi avtomobil bazarına yeni SU7 və SU7 Max modelləri ilə daxil olur.

Bu iki model müvafiq olaraq 73,6 kVt/saat və 101 kVt/saat tutumlu batareyalarla təchiz edilib və 668 km və 800 km məsafəni təklif edir. SU7 400 Volt infrastrukturu ilə təklif edilərkən, SU7 Max 800 Volt infrastruktura malikdir və 5 dəqiqəlik şarjla 210 km məsafə qət edir.

SU7 modeli 299 at gücü və 400 Nm fırlanma anı hasil edə bildiyi halda, tam ötürücülü SU7 Max modeli 673 at gücü və 838 Nm fırlanma anı hasil edir. SU7 Max-a Brembo 4 porşenli kaliperlər və müxtəlif sürmə rejimləri, işəsalma nəzarəti, gücləndirici düymə və adaptiv şassi kimi funksiyalar daxildir.

Nəqliyyat vasitələrinin ölçüləri uzunluğu 4997 mm, eni 1963 mm və hündürlüyü 1455 mm-dir. Xiaomi Pilot adlı qabaqcıl avtopilot sistemi LiDar və radar dəstəyi ilə işləyir və Nvidia Orin bazasına əsaslanır. Salon böyük HarmonyOS əsaslı ekranlar və baş üstü displeylə təchiz olunub. Qiyməti hələ açıqlanmasa da, SU7-nin təxminən 300 min yuan (72 000 AZN) olduğu təxmin edilir. İstehsalı 2024-cü ilin birinci yarısında başlayacaq.



Xiaomi Porsche-nin Nürburqrinq rekordunu üstələdi!

McLaren-in sahibi yenidən dəyişdi

Yeni Corvette ZR1 375 km/saat sürətə çatdı!