Xiaomi Porsche-nin Nürburqrinq rekordunu üstələdi!
O, dördqapılı sedan kateqoriyasında liderlik edəcək.
Xiaomi iyul ayında təqdim etdiyi SU7 Ultra prototipi ilə Nürburgring Nordschleife trekində təsirli performans nümayiş etdirdi. Dördqapılı sedan kateqoriyasında lider olmağı hədəfləyən Çin markası trekdə 6:48,874 dəqiqə nəticə göstərərək Porsche Taycan Turbo GT-nin 7:7,55 dəqiqəlik rekordunu üstələməyi bacarıb. Lakin bu avtomobil hələ kütləvi istehsal olunmadığından rekord rəsmi olaraq qəbul edilmədi.
Prototip yarış sükanı ilə yüngülləşdirilmiş versiya idi və sınaq zamanı qaz pedalında nasazlıq yaşanmasına baxmayaraq, uğurlu nəticə əldə edib. SU7 Ultra-nın 1548 at gücünə malik olduğu və maksimal sürətinin 350 km/saat olduğu bildirilir. O, 100 km/saata cəmi 1,97 saniyəyə sürətlənir.
Ford CEO-su Jim Farley-nin də diqqətini çəkən SU7, avtomobil sənayesində diqqəti üzərinə çəkməyə davam edir. Farley bu avtomobildən çox həzz aldığını bildirib.
📌 Xiaomi-nin avtomobil sənayesinə güclü girişi haqqında nə düşünürsünüz? SU7 Porsche-ni ötüb liderlik edə biləcəkmi? Şərhlərinizi gözləyirik!
Turbo Trend AZ – Bu, avtomobil xəbərlərini paylaşan onlayn avtomobil jurnalıdır.