Dünyanın ən sürətli elektrik avtomobili: Aspark SP600
Rimac Neveranın rekordunu qırıb.
Gün keçmir ki, Rimac Nevera-ya meydan oxuyan yeni elektrik avtomobili olmasın. İyunun 8-də apardığı sınaq sürüşü ilə Aspark Neveranın 412 km/saat sürət rekordunu üstələyib və 438,7 km/saat sürətə çatıb. Beləliklə, SP600 “Dünyanın ən sürətli elektrik avtomobili” adını qazandı.
Manifattura Automobili Torino tərəfindən İtaliyada istehsal olunan SP600 Papenburg-dakı ATP trekində sınaqdan keçirildi. 3,8 kilometr düz olan bu trek yüksək sürət sınaqları üçün ideal yerdir. SP600 həmçinin 438,7 km/saata çatana qədər sınaqlarda 420 km/saat və 430 km/saat sürət həddini keçib.
Rekord EV-nin sükanı arxasında 2010-cu ildə Pagani Zonda R ilə Nürburgring dövrə rekordunu qıran alman yarış pilotu Mark Basseng idi. Basseng həmçinin AMG One-da Nürburgring dövrəsinə 6:35 dövrə vurub və 2012-ci ildə Audi R8 LMS Ultra ilə 24 saatlıq dözümlülük yarışında qalib gəlib.
Avtomobil haqqında təfərrüatlar açıqlanmır, lakin o, əvvəlki Owl modelindən çox yeni hazırlanmış bir model kimi təqdim edilir. Unikal Bridgestone Potenza Race şinləri ilə təchiz edilmiş bu prototipdə yan güzgülər yoxdur ki, bu da onun qanuni avtomobil olmadığını göstərir.
SP600 Bugatti Veyron Super Sport-un 431 km/saat sürət rekordundan daha sürətlidir, lakin Chiron Super Sport-un 490 km/saat sürət rekordundan geri qalır. Koenigsegg bu ilin sonunda Jesko Absolut-u sınaqdan keçirməyi və onun 530 km/saat maksimal sürətə çata biləcəyini yoxlamağı planlaşdırır. Hennessey həmçinin Venom F5-in 480 km/saat səddini aşa biləcəyinə inanır.
📌 Aspark SP600 haqqında nə düşünürsünüz? Şərhlərinizi gözləyirik!
Teqlər: #Aspark #SP600 #ElektrikliCar #EV #Supercars #TurboTrend #AvtomobilXəbərləri
Turbo Trend AZ – Avtomobil xəbərləri paylaşan online avtomobil jurnalıdır.