Yeni RAM 1500 REV debüt etdi


RAM ilk tam elektrik pikap modeli olan 1500 REV-i təqdim etdi. Bu avtomobil 2025-ci ildə Amerika pikap mədəniyyətinə müasir bir toxunuş əlavə edərək yollara çıxacaq. Onun görkəmli xüsusiyyətləri arasında müxtəlif batareya variantları ilə 800 km-ə qədər məsafə var. Standart 168 kVt-saat batareya 560 km, opsiyalı 229 kVt/saat batareya isə 800 km-ə çata bilər. O, həmçinin 350 kVt sürətli enerji doldurma dəstəyi ilə 10 dəqiqəyə 160 km məsafə qət edən texnologiyaya malikdir.



800V arxitektura, 654 at gücü və 840 Nm fırlanma anı ilə diqqət çəkən RAM 1500 REV ikili elektrik mühərrikinə malikdir və cəmi 250 kVt güc hasil edir. Avtomobil tam ötürücü sistemi ilə sürüş həzzini artırır.

Onun interyerində seqmentdə lider olan 14,5 düymlük məlumat-əyləncə ekranı, 12,3 düymlük rəqəmsal cihazlar paneli və sağ ön sərnişin üçün əlavə 10,25 düymlük ekran var. Bu ekranlar UConnect 5 sistemi ilə inteqrasiya olunmuş texnoloji sürüş təcrübəsi təklif edir.



Onun qiyməti hələ açıqlanmasa da, RAM 1500 REV öz seqmentində iddialı bir giriş edir və pikap dünyasında elektrikləşmənin yerini möhkəmləndirir.

Xiaomi Porsche-nin Nürburqrinq rekordunu üstələdi!

McLaren-in sahibi yenidən dəyişdi

Yeni Corvette ZR1 375 km/saat sürətə çatdı!